Roma Papası Fransisk 21 prelata yüksək kardinal rütbəsi verib. O, bu yolla öz xələfinə səs verə biləcək seçicilərinin faizini xeyli artırıb.
Qaynarinfo "Reuters" istinadən xəbər verir ki, yeni Roma Papası Fransiskin ölümü və ya istefa verəcəyi halda
seçiləcək.
Yeni kardinallar ABŞ, Fransa, İtaliya, Argentina, İsveçrə, Cənubi Afrika, İspaniya, Kolumbiya, Cənubi Sudan, Honq-Konq, Polşa, Malayziya, Tanzaniya, Venesuela və Portuqaliyadan gəlib.
Cənubi Sudan tarixində ilk kardinal, Malayziya isə ikinci kardinal rütbəsi alıb. Elan edilmiş 21 kardinaldan 18-in yaşı 80-dən azdır və beləliklə, kilsə qaydalarına əsasən, növbəti Papanın seçilməsi üçün gizli konklavda iştirak etmək hüququ var. Hazırda 137 kardinal seçici var, onların təxminən 73%-i Fransisk tərəfindən seçilib.
86 yaşlı Xorxe Mario Berqoglio (Fransisk) 2013-cü ildə sələfi XVI Benediktin səhhətinə görə Roma Papası vəzifəsindən imtina etməsindən sonra papa seçilib.
2022-ci ildə Fransisk sağ dizindəki bağları gərib və müalicə səbəbiylə Afrikaya planlaşdırılan səfərini təxirə salıb. Bundan sonra o, hərəkət etmək üçün əlil arabası, gəzdirici və əsadan istifadə etməyə başlayıb. Bu ilin iyununda Fransisk xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Bu, onun 2013-cü ildə Papa seçilməsindən sonra üçüncü dəfə xəstəxanaya yerləşdirilməsidir.
2022-ci ilin iyulunda Roma Papası səhhəti ilə əlaqədar istefası barədə danışıb.
Aydın
Şərhlər