"Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiriridir, kino sahəsi ona həvalə edilib. Yəqin ki, elə Kino Agentliyinə də onu təyin edəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar incəsənət xadimi Ayaz Salayev Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) kimin rəhbər təyin olunmasından danışarkən deyib.
Ayaz Salayev hesab edir ki, Rüfət Səfərovun təyinatı Azərbaycan kino sənətinin inkişafına aparan qərar ola bilər: "Onun rəhbərliyindən razıyam, kino sənəti normal inkişaf yoluna düşər”.
Xalq artisti Rasim Balayev isə kinonun kollektiv bir sənət olduğunu vurğulayıb: "Bu bir nəfərlə ərsəyə gələcək sənət deyil. Ora kimin təyinat alacağı ilə bağlı məlumatım yoxdur. Lap tutaq ki, təyin elədilər, onunla iş bitmir, bir sıra amillər də mövcuddur. Mən bu yerlə bağlı heç bir fikir bildirməmişəm, təklif də verməmişəm”.
Qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Hazırda Mədəniyyət Nazirliyi agentliyinin fəaliyyətə başlaması üçün müvafiq işlər aparılır.
Bahar Rüstəmli
Şərhlər