Xəbər lenti

Yazıçı Anar təsdiqlədi: “Bəli, kredit götürmüşük...”
Sənət 10:24 11.10.2022

Yazıçı Anar təsdiqlədi: “Bəli, kredit götürmüşük...”

"Düzdür, kredit götürmüşük”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qurumun növbəti qurultayının keçirilməsi üçün kredit götürülməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
 
Anar Rzayev qurultayın keçirilməsinə maliyyə lazım olduğunu bildirib:

"Bəli, kredit götürmüşük. Çünki bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacayıq”.

Anar Rzayev hazırda Bakıda olmadığını vurğulayıb.

Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin növbəti qurultayının keçirilməsi üçün kredit əldə etdiyini bildirlib. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza isə kredit alınması barədə məlumatın həqiqəti əks etdirmədiyini deyib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->