Kamerunlu yeniyetmə Cozef Minala futbol dünyasının son illərdə yaşadığı ən qəribə mübahisələrdən birində rol alıb.
Qaynarinfo-nun məlumatına görə, Afrika mətbuatında futbolçunun pasportunuda göstərilən yaşın doğru olmadığı haqda gedən məlumatlardan sonra Minola saxtalaşdırmada ittiham edilir. Futbolçunun pasportunda rəsmi olaraq 1996-cı il avqustun 24-də Yaundedə doğulduğu göstərilib.
2013-cü ildə İtaliya təmsilçisi "Latsio” ilə müqavilə imzalayandan sonra yayılan xəbərlərdə Minalanın yaşının doğru olmadığı deyilsə də, klub bunu təkzib edib. "Latsio”nun açıqlamasında, "Futbolçu Xose Minalanın yaşı və ailə vəziyyəti ilə bağlı mətbuatda dərc olunan məqalələrə uyğun olaraq, təqdim edilən sənədlərin mütləq qanuniliyini təsdiqləyirik” - sözləri yer almışdı. Həmçinin Minala və onun meneceri mətbuatda yazılanları təkzib etsə də, xəbərlər dünyaya yayıldığından futbolçunun karyerasına zərbə dəydi.
Bu haqda futbolçu da açıqlama verib. O, "Mən çox gənc idim, bunun necə təsir edəcəyini anlaya və ya proqnozlaşdıra bilməzdim. Çox əminəm ki, yaşımla bağlı mübahisələr həmişə karyeramı ləngitdi” - deyib.
Səlahiyyətlilər, Minalanın doğum tarixi ilə bağlı sənədli saxtakarlıq ittihamına inanmasalar da o, bu sınaqdan çıxdıqdan sonra "Latsio”da özünə yer qazana bilmədi. Nəticədə "Bari”, "Latina”, "Salernitana” və Çin klubu "Qingdao Huangahi”də oynadı. O, 2021-ci ildə "Latsio” ilə müqaviləyə son verdikdən sonra "Lukkese”, ardından "Olbia”ya transfer olundu. Karyerasının sonlarına yaxın isə, Latviyada "Liepaja” olub.
Minala karyerasının qeyri-sabit keçməsinin səbəbi haqda sualı belə cavablandırıb: "Daha artığını gözləyirdim? Sözsüz ki. Hər dəfə icarəyə veriləndə həmişə yaxşı mövsümlər keçirmişəm, amma heç vaxt "Latsio”da başqaları ilə eyni imkanlara malik deyildim".
Hal-hazırda Cozef Minala Maltada "Sliema Vanderers”də çıxış edir.
Səbuhi Həsənov
Şərhlər