Xəbər lenti

Xüsusi təyinatlılar Baltik və Şimal dənizlərində obyektləri qoruyacaq
Dünya 20:53 12.10.2024

Xüsusi təyinatlılar Baltik və Şimal dənizlərində obyektləri qoruyacaq

Almaniyadakı xüsusi təyinatlı GSG-9-un dəniz əməliyyat bölməsi Baltik və Şimal dənizlərində sualtı infrastrukturun mühafizəsi ilə məşğul olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə ARD telekanalı və "Der Spiege" jurnalı məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, xüsusi təyinatlıların Baltik dənizində Şlezviq-Holşteyn federal əyalətinin Noyştadt şəhərində yerləşdirilməsi barədə qərarı şəxsən Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser verib.

"Bununla da bölmə həm dənizlərdə, həm də Almaniyanın şimalında böhran vəziyyətlərinə daha tez reaksiya verə biləcək", deyə ARD bildirib.

Telekanal mənbələrinin məlumatına görə, təhlükəsizlik tədbirlərinin artırılması "Şimal axını"nın partlamasından sonra özünü büruzə verən dənizlərdə infrastruktura qarşı təxribat riski ilə bağlıdır.

Orada qeyd olunub ki, Almaniya Federativ Respublikası mütəmadi olaraq Şimal və Baltik dənizlərinin dibində boru kəmərləri şəbəkəsinin və digər sualtı xətlərin xəritəsini tərtib edən rus casus gəmilərinin fəaliyyətini qeydə alır.

Noyştadt GSG-9 bölməsinin üçüncü yerləşdirilməsi olacaq: o, yarandığı gündən Bonn yaxınlığındakı Sent-Aqustində yerləşir, əməliyyat bölməsi isə bir neçə ildir ki, Berlindədir. Gələcəkdə Noyştadtda xüsusi təyinatlı dəniz əməliyyat qrupunun yerləşdirilməsi planlaşdırılır.

GSG-9 1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunlarında İsrail komandasına hücuma cavab olaraq yaradılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->