Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevlə keçirilən vida mərasimi başa çatıb.
"Report”un məlumatına görə, şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Uğur Eldar oğlu Dadaşov 1975-ci il mayın 2-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Rəhim Məhkəmə oğlu Doluxanov 1958-ci il dekabrın 6-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Telman Tevon oğlu Tağıyev 1953-cü il fevralın 20-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində (Bəylik bağı) itkin düşüb.
Sərvər İldırım oğlu Abbasov 1962-ci il noyabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Ədalət Şahmar oğlu Məmmədov 1958-ci il mayın 31-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Qərib Həsrət oğlu Mustafayev 1962-ci il iyulun 1-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Onlar Qaradağlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
Şərhlər