Xocavənd rayonunun Çartar kəndi ərazisində bu gün səhər saatlarında arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
11.24
Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.
Vətəndaş xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər