1 il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə ağır işgəncələr verilirdi.
Bunu "Report”un əməkdaşına açıqlamasında "Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.
"1997-ci ilin aprelində təxminən bu saatlarda 7 qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. 1 il 11 ay müddətində əsirlikdə saxlanıldım. 6 ay sonra Ulu Öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, deyə o, bildirib.
Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir: "Hər ziyarətimdə məndə eyni hisslər olur”.
Şərhlər