Xəbər 15.08.2023-cü il tarixdə, saat 17.07-də dərc olunub
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, Ceyhun Əsgərovun iddiası Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.
İşin mahiyyəti əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir.
Ceyhun Əsgərov 2015-ci ildə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir.
***
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verilməsi barədə açıqlama yayıb. Bildirilib ki, qurumu məhkəməyə verən Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov deyil. Lakin ASCO məhkəməyə müraciət edən tərəfin kimliyini açıqlamayıb:
"Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb. Bununla əlaqədar bildiririk ki, sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir. Media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti ilə dəqiqləşdirəsiniz".
Seyid
Şərhlər