Xəbər lenti

Ekonomiks 18:20 09.04.2024

"Xəzər Dəniz Gəmiçiliyi" gömrük qaydalarını pozub? - Qurum məhkəməyə verildi

Dövlət Gömrük Komitəsi (DGK) "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib edib. 

Qaynarinfo xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Aprelin 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək.

485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. "Xəzər Dəniz Gəmiçiliyi" QSC 2013-cü ildə yaradılıb. ASC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->