Xəbər lenti

Xəstəxanaya yerləşdirilən Xalq artistinin vəziyyəti necədir? (AÇIQLAMA)
Sənət 13:08 14.11.2022

Xəstəxanaya yerləşdirilən Xalq artistinin vəziyyəti necədir? (AÇIQLAMA)

Xalq artisti Aftandil İsrafilovun səhhəti normallaşıb.

Bu barədə Qaynarinfo-ya onun həyat yoldaşı Zemfira İsrafilova məlumat verib. O bildirib ki, Aftandil İsrafilovun ciyərlərinə su yığılıb:

"Təzyiqi qalxmışdı, ciyərlərinə su yığılıb, özünü pis hiss edirdi. Müalicəsi davam edir. Şükürlər olsun ki, qorxulu bir şey yoxdur, hamıya salamı var”.

Qeyd edək ki, bir neçə gün öncə Xalq artisti Aftandil İsrafilovun səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->