Argentinanın yeni prezidenti Xavyer Miley əvvəllər Roma Papasını "əclaf", "kommunizmi təbliğ edən fahişə uşağı" və "yer üzündə şeytanın adamı" adlandırmasına baxmayaraq, Papa Fransisklə görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.
"Müstəqil sağçı liberter olan Miley keçmişdə Papa Fransiski "əclaf", "kommunizmi təbliğ edən fahişə uşağı" və "yer üzündə şeytanın adamı" adlandırsa da, dekabrda vəzifəyə gələndən sonra ritorikasını yumşaldıb", deyə agentlik yazıb.
Qeyd olunur ki, Papa Fransisk fevralın 11-də Mileyin özünün də Vatikanda iştirak edəcəyi tədbirdə doğma Argentinadan olan ilk qadın müqəddəsi müqəddəsləşdirəcək.
Aydın
Şərhlər