Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasovun oğlu reanimasiyaya yerləşdirilib.
Bu barədə Qaynarinfo-ya açıqlamasında xanəndənin özü məlumat verib. Sənətkarın sözlərinə görə, həkimlər oğluna ağciyərin infarktı qiaqnozunu qoyub:
"Oğlum ölmüşdü, həkimlərin sayəsində hayata qaytarıldı. Qəfildən halı pisləşdi, apardıq Respublika Xəstəxanasına, Allah oranı xaraba qoysun, bir gecə orada qaldı. Heç bir təcili yardım olunmadı. Uşağın meyitini verdilər bizə. Orada dedilər ki, "hara aparırsınız-aparın, xeyiri olmayacaq”. Səhər apardıq özəl bir hospitala. Bir həftədir orada yatır, dünən axşam reanimasiyadan çıxarılıb. Həkimlər ona ağ ciyərin infarkt tromboemboliyası diaqnozunu qoydular. Ağzından qan gəlmişdi”.
Qəzənfər Abbasov deyir ki, oğlunun vəziyyəti stabildir:
"Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Bahar Rüstəmli
Şərhlər