Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.
"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.
Şərhlər