Xəbər lenti

Xalq artistinin müzakirələrə səbəb olan fotosu ilə bağlı açıqlama
Maqazin 14:26 19.07.2023

Xalq artistinin müzakirələrə səbəb olan fotosu ilə bağlı açıqlama

Xalq artisti Gülyanaq Məmmədova bacısı Gülyaz Məmmədovanın estetik əməliyyat olunması ilə bağlı söh-söhbətə aydınlıq gətirib. 

Gülyanaq Məmmədova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Gülyaz Məmmədovanın yayılan fotoları xüsusi proqramla çəkilib: 

"Gülyaz əməliyyat olunsa da, onu birinci mən bilərdim. Çoxları üzünə qulluq edir, əməliyyat edənlər də var, çoxuna da yaraşır. Biz isə əməliyyatdan qorxuruq. Amma mən Gülyazı həmişə danlayıram ki, özünə qulluq eləsin. Gülyazın tədbirlərdən başı açılır ki, əməliyyat da elətdirsin?”. 

Qeyd edək ki, Xalq artisti Gülyaz Məmmədovanın sosial şəbəkələrdə fotosu yayılıb. İzləyicilər onun estetik əməliyyat etdirdiyini qeyd edib. 

Bahar Rüstəmli
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->