Xəbər lenti

Xalq artisti xəstəxanaya yerləşdirildi: “Həkimlər məsləhət görür ki…”
Sənət 16:10 27.03.2023

Xalq artisti xəstəxanaya yerləşdirildi: “Həkimlər məsləhət görür ki…”

Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.

Bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər İsrafilova deyib. O bildirib ki, atasının səhhəti yenidən pisləşib:

"Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır". 

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdı. Qızı onunla bağlı açıqlama verərəkən "Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib" sözlərini söyləyib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->