Xalq artisti Tariyel Qasımov boşanma səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ARB kanalında yayımlanan "Onun sirri” proqramında qonaq olan aktyorun sözlərinə görə, onların boşanmasına səbəb xanımının söydüyü söyüş olub.
"25 yaşımda sevib evlənmişdim. Evliliyimiz 40 il davam edib. 5-6 ay olar ki, boşanmışıq. Həyat yoldaşının ərinə deyə bilməyəcəyi sözü deyib. Söyüş olub, mən də o söyüşü qəbul etməmişəm. Məhkəmədə söhbət zamanı dedim ki, möhtərəm hakim biz müsəlmanlar, azərbaycanlılar həyat yoldaşını ancaq namus üstə boşayır. Mən bu xanımı bir söz üstə boşayıram. Və boşadım da. Hakim qadın idi, xanıma sual verdi ki, böyük sənətkarı, Xalq artistini necə oldu ki, siz əldən verdiniz? Hakim dedi, biz hüquq fakültəsində oxuyanda beş qız Taryel Qasımova vurulmuşduq. Beşimiz də bir-birimizlə dava edirdik. O, mənə məhkəmədə şər atdı. Xanımım dedi ki, guya mən demişəm ki, Prezident ev verib, gedirəm orada yaşayım. Guya həyatımda başqa qadın olub. Mən yoldaşımı çox sevmişəm, sevib ailə qurmuşam. Ancaq o sözə görə…O sözü qəbul edə bilmədim”.
Şərhlər