Xəbər lenti

Xalq artisti şəhidlər üçün yığılan pulları mənimsəyib? – Hüquq şöbəsindən cavab
Sənət 16:33 26.01.2023

Xalq artisti şəhidlər üçün yığılan pulları mənimsəyib? – Hüquq şöbəsindən cavab

"Əli Vəliyev həqiqətə uyğun olmayan məlumat təqdim etdiyi üçün şəhid ailələrindən üzr istəməlidir”.

Bunu Qaynarinfo-ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hüquq şöbəsindən qurumun sabiq mətbuat katibi Əli Vəliyevin Xalq artisti Şəfiqə Məmmədovanı şəhidlər üçün yığılan pulları mənimsəməkdə ittiham etməsinə cavab olaraq deyilib.

Şöbədən bildiriblər ki, ARKİ-nin əməkdaşı olmuş Əli Vəliyev cəmiyyətin həssas olan təbəqəsinin, yəni şəhid ailələrinin adını hallandırararq 25.01.2023-cü il tarixdə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat təqdim edib:

"ARKİ-nin mühasibatlıq sənədlərinə əsasən, 19.10.2020-ci il tarixdə ARKİ-nin üzvləri tərəfindən könüllülük prinsipi əsasında yığılan 2220 AZN nəğd vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb. Qeyd edilən vəsait nəğd üsulla ARKİ-nin hesabına mədaxil edilmiş və ARKİ-nin hesabından əlavə vəsait ayrılmaqla ümumilikdə 5000 AZN məbləğində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb. Əli Vəliyev tərəfindən təqdim edilən qərəzli məlumatlara hüquqi qiymət verilməsi üçün araşdırma materiallarına əlavə edilib. 25.01.2023-cü il tarixli məqalədə "üzr istəyib sözlərimi geri götürəcəyəm” sözü ilə əlaqədar bildiririk ki, həqiqətə uyğun olmayan məlumat təqdim etdiyi üçün onun şəhid ailələrindən üzr istəməyi təklif olunur”.

Hüquq şöbəsindən üzvlərin istefasına da münasibət açıqlayıblar:

"İstefa verən üzvlərin ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs, istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılsa da, həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək, əksinə adlarından istifadə edərək bu tip məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.
Qeyd edək ki, Əli Vəliyev ARKİ-ın mətbuat katibi olub və bu günlərdə vəzifəsindən istefa verib. İstefa verən Əli Vəliyev sosial şəbəkədə Şəfiqə Məmmədovanı şəhidlər üçün yığılan pulu mənimsəməkdə ittiham edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->