Xəbər lenti

Xalq artisti şəhid oğlundan danışdı:
Ölkə 14:42 20.05.2022

Xalq artisti şəhid oğlundan danışdı: "Can verəndə zabitlər videosunu çəkiblər" (VİDEO)

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur şəhid oğlu Rövşən Nurzadənin ölüm anlarından danışıb.

Qaynarinfo xəbər verir ki, aktyor "Bizimləsən" proqramında Rövşən Nurzadənin II Qarabağ Müharibəsində öncə Qubadlı uğrunda gedən döyüşlərdə yaralandığını deyib:

"Əlində əsa varmış. Daşaltıda qanın içində olub. Şuşa girəcəyində ona güllə dəyəndən sonra can verəndə zabitlər onun videosunu çəkiblər, mənim telefonumda var. Sonuncu dəfə özünə ağrıkəsiçi iynə vurublar, deyib ki, "birimiz qanımızla, birimiz canımızla qələbə əldə etməliyik, mən Şuşaya girməliyəm”. 

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadə Qarabağ uğrunda gedən müharibədə şəhid olub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->