"Kefləri istəyib, gəliblər, döyüblər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov qadaşının döyülməsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, qardaşı evinə basqın edən adamları bağışlamayacağını deyib:
"Başqa evə girmək istəyiblər, səhv salıblar. Qardaşımın evinə girib, onu döyüblər. Başqa adamın arxasınca gəldiyini deyiblər. Evdə heç nəyə zərər verilməyib. Narkomandırlar, sifətlərini görmürsən”.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evinə basqın olunub. Evə girənlər Əflatun Kərimovu döyüblər.
Bahar Rüstəmli
Şərhlər