Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun 80 yaşı tamam olub.
Aktyor Qaynarinfo-ya açıqlamasında yaşadığı 80 illik ömürə görə Allaha dua etdiyini bildirib:
"Bu qədər ömür yaşamaq hər adama nəsib olmur. Allahsızlıq edə bilmərəm, qurban olduğum mənə bu günə kimi 80 il ömür verib, bundan sonrakı ömrüm ona bağlıdır. Amma sağlam bir ömür arzulayıram özümə. Nə qədər ömür versə, onu yaxşı yaşamağa çalışacağam. Ömrümdə kimdənsə giley-güzar etməmişəm, bunlar mənlik deyil. Başımı aşağı salıb, rahat yaşayıram və belə də davam edəcəyəm. Bu yaşda özümü çox yaxşı hiss edirəm”.
"80 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqmı" sualına cavab verən aktyor bildirib ki, hazırda Mədəniyyət Nazirliyindən zəng gözləyir:
"Bu işlə nazirlik məşğuldur, mən heç nə bilmirəm. Gözləyirəm, yəqin nəsə edərlər. Görüşdən sonra bilinər, hər halda mən buna ümidliyəm".
Bahar Rüstəmli
Şərhlər