"Mənim manyak pərəstişkarım olmayıb. Amma bir dəfə məni şantaj etmək istəyirdilər".
Qaynarinfo xəbər verir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova "Report"a müsahibəsində deyib.
Sənətçi onu şantaj etmək istəyən şəxsin adını açıqlamayıb: "Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb".
Şərhlər