"Həyat yoldaşımın xəstə olduğunu bildirmək istəmirdim”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova Türkiyədə onkoloji xəstəlikdən səkkiz ay müalicə alıb, Vətənə geri dönən həyat yoldaşı Ziya bəyin səhhətindən danışarkən deyib. Sənətçi həyat yoldaşının səhhətinin yaxşı olduğunu bildirib:
"Şükür Allaha ki, həyat yoldaşımın vəziyyəti yaxşıdır, Türkiyədə əməliyyat olunub və hazırda müalicə prosesi davam edir. Müalicədən qayıdan zaman kimlərsə kənardan çəkib, sosial şəbəkədə paylaşıb. Ondan sonra məlumat yayıldı, baxdım ki, neyləsəm də, bunu gizlədə bilməyəcəyəm”.
Xalq artisti müalicə xərclərinin həddindən artıq baha olduğunu vurğulayıb:
"Elə bu gün də dərmanlar alınır, həddən artıq bahadır. Hələ aradan neçə dəfə yanına gedib-gəlmişik. Bunun hamısı xərc tələb edir. Həkimlər deyir ki, 3 aydan bir Türkiyədə müayinə olunmalıdır. Burdan bütün həkimlərə çox sağ ol deyirəm, onların sayəsində həyat yoldaşım həyata qayıtdı”.
Bahar Rüstəmli
Şərhlər