Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun 75 yaşı tamam olub.
Qaynarinfo-ya açıqlama verən aktyor yubileyinin dövlət səviyyəsində qeyd olunmamasına münasibət bildirib. Aktyor yubileyinin keçirilib-keçirilməməsi ilə bağlı məsələdən məlumatsız olduğunu vurğulayıb:
"Mənim hansı günümə yubiley yaraşır? O boyda oğul qoymuşam toprağın altına. Gecə də ağlayıram, gündüz də. Gözümün yaşı sel kimi axır. Bütün günü onun qəbirinin üstündəyəm. Mənə yaraşmaz”.
Qeyd edək ki, 2020-ci ildə Əli Nurun oğlu baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bahar Rüstəmli
Şərhlər