"Məni Rauf Hacıyevin 100 illiyi münsibəti ilə dekabrın 6-da keçiriləcək festivala dəvət etməyiblər".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib. Cazmen yubiley tədbirinə dəvət almadığı üçün əsəbləşib:
"ADA Universitetində Rauf Hacıyevin yubileyi keçirilib. Orada iştirak etdik, oxudum. Amma ayın 6-da Heydər Əliyev Sarayında keçiriləcək yubiley tədbirindən xəbərsizəm. Məni niyə dəvət etməyiblər? Bu mənə maraqlıdır. Xalq artistiyəm, guya məni tanımırlar?”.
Qeyd edək ki, 2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olub. Prezident İlham Əliyev aprelin 13-də Rauf Hacıyevin yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər