"Düşünürəm ki, Özbəkistandan gələn qonaqlar Azərbaycandan çox razı gedəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik dövründən üzü bəri ilk dəfədir ki, Özbəkistan Mədəniyyət Günləri adlı tədbir keçirir:
"Azərbaycan xalqı həddindən artıq qonaqpərvərdir, həm də qonaq dediyimiz Özbəkistan qardaş ölkədir. Bizim tariximiz, dilimiz, mədəniyyətimiz, ənənələrimiz eyni kökdən gəlir”.
Gülyanaq Məmmədova Azərbaycanda keçirilən Özbəkistan mədəniyyət günlərinin uğurla davam etdiyini vurğulayıb:
"Özbəkistan Mədəniyyət Günlərinin Heydər Əliyev Sarayında böyük təntənəli açılışı olub. Möhtəşəm konsertin möhtəşəm də alqışları oldu. Bu tədbirdə iştirak həm Azərbaycanın, həm də Özbəkstanın Xalq artisti adına layiq görüldüyüm üçün qürurla çıxış edirəm. Özbəkistandan gələn Simfonik Orkestrin müşaiyəti ilə dahi bəstəkar Tofiq Quliyevin bəstələrindən olan "Sənə də qalmaz”ı və bir neçə özbək mahnısını ifa etdim”.
Müğənni qeyd edib ki, Özbəkistan Mədəniyyət Günlərində özbək rejissorlarının quruluşunda olan tamaşalar da təqdim olunub. Musiqili Teatrın səhnəsində iki tamaşa oynanılıb:
"İçərişəhərdə böyük bir tədbirin keçiriləcəyi də gözlənilir”.
Bahar Rüstəmli
Şərhlər