Əvvəllər "Twitter" olan X sosial şəbəkəsi insanların aldığı bəyənmə və paylaşımların sayını göstərməyi dayandıra bilər.
Qaynarinfo "Business Insider”ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask
bildirib.
Onun fikrincə, paylaşımların altında bəyənmə və paylaşımların göstərilməsi platformanı səliqəsizləşdirir.
İlk dəfə deyil ki, Mask 2022-ci ilin oktyabrında X-i əldə etdikdən sonra ona radikal dəyişikliklər təklif edir.
Avqust ayında Mask, X-in platformada yerləşdirilən linklərdən bütün məqalə başlıqlarını siləcəyini söyləyib. Onun sözlərinə görə, bu, saytın estetikasını xeyli yaxşılaşdıracaq.
Dəyişikliklər oktyabr ayında həyata keçirilib, lakin iki aydan az bir müddət sonra Mask qərarını ləğv edib. Noyabrın 22-də Mask postunda X-nin məqalə başlıqlarını "URL kartı şəklinin yuxarı hissəsində" göstərəcəyini söyləyib.
"Xeyr, başlıq yuxarıdakı şəklin üzərində görünəcək və URL indi olduğu kimi aşağıda görünəcək - heç bir əlavə şaquli piksel istifadə edilmir. Mən o nəhəng, çirkin URL kartlarına nifrət edirəm", - Mask bir istifadəçiyə cavabında yazıb.
Nizami Bağırov
Şərhlər