Xəbər lenti

WSJ: İran hücuma məruz qalsa, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracaq
Dünya 10:06 11.10.2024

WSJ: İran hücuma məruz qalsa, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracaq

İran hakimiyyəti gizli diplomatik kanallar vasitəsilə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini ərazilərindən və ya hava məkanından İrana hücum etmək üçün istifadə edilərsə, onlara zərbə endirməklə hədələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) yazır.

Nəşrin məlumatına görə, Tehran İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərə xəbərdarlıq edib. Adıçəkilən ölkələr İrana hücumlar üçün ABŞ və İsrailə hərbi infrastruktur və ya hava məkanı vermək istəmədikləri barədə Vaşinqtonu artıq xəbərdar ediblər.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə doğru 180-dən çox ballistik raket atıb və bunu Hizbullah-ın baş katibi Həsən Nəsrullahın öldürülməsinə cavab adlandırıb. Xarici media yazır ki, İsrail hakimiyyəti cavab olaraq Tehranın nüvə obyektlərinə hücumu nəzərdən keçirir. "The New York Times” qəzetinin yazdığına görə, İsrailin cavab zərbəsinin ən çox ehtimal olunan hədəfi İran hərbi bazaları olacaq. Tehran isə yəhudi dövlətinin enerji infrastrukturunu sıradan çıxara biləcək daha dağıdıcı zərbə ilə hədələyir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->