Xəbər lenti

Vuçiçdən xəbərdarlıq:
Dünya 08:00 27.03.2024

Vuçiçdən xəbərdarlıq: "Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək"

Serbiya prezident Aleksandar Vuçiç xəbərdarlıq edib ki, ölkəsi tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcək. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə "Instagram"da yazıb.

Onun sözlərinə görə, son 48 saat ərzində Belqrad Serbiya və Serb Respublikasının (Bosniya və Herseqovinanın tərkibindəki qurum) "həyati vacib milli maraqlarını birbaşa təhdid edən" xəbər alıb.

"Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək", deyə Vuçiç yazıb.

Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Vuçiç Qərbin Serbiyaya təzyiqlərini artıracağını və bunun da Belqrad və Moskva arasında münasibətlərin çətinləşməsinə səbəb ola biləcəyini bildirmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->