"Vita Aptekləri” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə məhkəməyə verilib.
Binəqədi rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə martın 9-da keçiriləcək məhkəmədə fakt təsdiqini taparsa, şirkət nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, 150 manat cərimə ediləcək.
Qeyd edək ki, "Vital aptektləri” MMC-nin qanuni təmsilçi Sadıqov Elçin Ağasadıq oğludur. Elçin Sadıqov həm də "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin sahibi deputat Cavanşir Feyziyev olduğu deyilir. "Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan "Avromed”in sahibidir.
Əhməd
Şərhlər