ABŞ prezidenti Co Bayden administrasiyası Vaşinqtonun 28 iyul seçkilərindən sonra Venesuela prezidenti Nikolas Maduroya amnistiya təklifi etdiyi iddiası ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.
Bu barədə Qaynarinfo "Reuters”ə
istinadən xəbər verir.
Ağ Evin sözçüsü Karin Jan-Pyer brifinq zamanı bildirib ki, Venesuelada keçirilən seçkilərdən sonra belə təkliflər irəli sürülməyib.
"28 iyul seçkilərindən bəri biz Maduroya və ya başqalarına amnistiya ilə bağlı heç bir konkret təklif irəli sürməmişik”, - Ağ Evin sözçüsü vurğulayıb.
Xatırladaq ki, belə iddia ilə "The Wall Street Journal” nəşri çıxış edib. Jurnalistlər ABŞ və Venesuela arasında mümkün gizli danışıqlar barədə məlumat yayıblar. Nəşrin yazdığına görə, ABŞ Maduroya hakimiyyətdən əl çəkməsi müqabilində amnistiya təklif edə bilərdi.
Nizami Bağırov
Şərhlər