Venesuela prezidenti Nikolas Maduroya aid ikinci təyyarə Dominikan Respublikasında saxlanılıb. Falcon 2000EX hazırda Xoakin Balaqera adına hava limanındadır. Bundan əvvəl media mənbələrə istinadən həmin hava limanında Maduroya məxsus "Falcon 900EX” təyyarəsinin müsadirə olunması barədə yazıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Diario Libre” nəşri mənbələrə istinadən məlumat
yayıb.
Falcon 2000EX-in qiyməti 10 milyon dollardır və 10 sərnişin daşımaq qabiliyyətinə malikdir. Nəşr Libre yazır ki, bu təyyarənin qeydə alınmış yeganə uçuşu 14 sentyabr 2019-cu ildə həyata keçirilib. Təyyarə Maltaya uçub.
Xatırladaq ki, sentyabrın 2-də CNN telekanalı mənbələrə istinadən Nikolas Maduronun təyyarəsinin Dominikan Respublikasında həbs edilərək Floridaya aparıldığı barədə məlumat yayıb. Həbsə səbəb təyyarənin alınmasının Amerikanın Venesuelaya qarşı sanksiyalarını pozması olub. Təyyarə 13 milyon dollar dəyərində qiymətləndirilir.
Nizami Bağırov
Şərhlər