Xəbər lenti

Vasif Talıbovun Naxçıvanda yaratdığı fermer təsərrüfatı ləğv edildi
Ekonomiks 16:43 23.05.2024

Vasif Talıbovun Naxçıvanda yaratdığı fermer təsərrüfatı ləğv edildi

Naxçıvan Muxtar Respublikasında "Kəhrəba Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, "Kəhrəba Fermer Təsərrüfatı” fəaliyyətini dayandırdığından ləğv edilib.

Xatırladaq ki, cəmi 6 il fəaliyyət göstərən "Kəhrəba Fermer Təsərrüfatı” muxtar respublikanın Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun zamanında yaradılıb.

Babək rayonunun Şıxmahmud kəndində yerləşən "Kəhrəba” təsərrüfat üçün 26,2 hektar əkinəyararlı torpaq sahəsinə malikdir. Təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda, digər tərəvəz və bostan bitkiləri yetişdirilir. Əsasən, yerli toxum sortlarının yetişdirilməsinə üstünlük verilir. Burada Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya İxtisasının tələbələri də ənənəvi olaraq təcrübə keçiblər.

Fermer təsərrüfatının qanuni təmsilçisi isə Əməkdar kənd təsərrüfatı işçisi Rahət Hacıyevdir.




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->