Xəbər lenti

Vaqif Sadıqov De Byaziyə niyə daha bir şans verildiyini açıqladı
İdman 17:05 13.04.2023

Vaqif Sadıqov De Byaziyə niyə daha bir şans verildiyini açıqladı

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında millimizin baş məşqçisi Canni De Byazinin hesabatı dinlənildi. İtaliyalı mütəxəssis Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçə qarşı kçeirilmiş oyunlarla bağlı ətraflı hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının vacibliyi bildirilib.

İclasla bağlı AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Qaynarinfo-ya açıqlama verib. O, De Byaziyə ikinci bir şans verilməsinin səbəbini belə izah edib:

"Daxildə etdiyimiz müzakirələrin nədən ibarət olduğunu açıqlaya bilmərəm. Onu nəzərinizə çatdırım ki, müzakirələr çox ciddi oldu. İradlar sərt şəkildə bildirildi. Lazım olan bütün suallar De Byaziyə ünvanlandı. Sonda qarşıdakı oyunlar, hazırkı durum nəzərə alınaraq hansısa dəyişikliklər etmək məqsədəuyğun sayılmadı. Çünki yaranmış vəziyyət bunu tələb edirdi. Çox maraqlı və gələcəyə ümid bəsləyəcəyimiz iclas keçdi”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->