Xəbər lenti

Ukraynaya NATO lazımdır, çünki bizim Putini dayandıra biləcək silahımız yoxdur - Zelenski
Dünya 16:34 22.10.2024

Ukraynaya NATO lazımdır, çünki bizim Putini dayandıra biləcək silahımız yoxdur - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın nüvə silahından imtina qərarını xatırladıb. O, adekvat təhlükəsizlik təminatlarının olmamasından narazılığını bildirib.

Qaynarinfo "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıqlardan sonra jurnalistlərlə görüşündə danışıb.

Zelenski qeyd edib ki, Ukrayna uzun illər əvvəl NATO-ya üzv olmağa ümid edərək bütün nüvə arsenalından imtina edib.

"Biz bir anda bütün nüvə silahlarımızdan imtina etdik. Bu, uzun illər baş verib. Biz əvəzində NATO-ya qəbul olunmalı idik. Bu mənim fikrimdir. Bunu Bayden və Trampla bölüşdüm. Buna görə dedim ki, Ukrayna ilə bağlı ədalətin harada olduğunu başa düşə bilmirəm”, - Ukrayna prezidenti bildirib.

O, Ukraynanın silahlardan imtina etdiyini, lakin vəd etdiyi təhlükəsizliyi almadığını vurğulayıb.

"Biz nüvə silahlarını verdik. NATO-da olmadıq. Onlardan soruşdum ki, mənə başqa müttəfiqlər və ya başqa bir "təhlükəsizlik çətiri” və ya buna bənzər bir şey deyə bilərsinizmi ki, Ukrayna üçün NATO ilə mütənasib olacaq bir növ təhlükəsizlik tədbirləri və zəmanətləri olsun. Mənə heç kim deyə bilməz. Buna görə də bu mənim arqumentlərimdir”, - deyə Zelenski əlavə edib.

Ukrayna prezidenti onu da açıqlayıb ki, Ukrayna nüvə silahlarının geri qaytarılmasını tələb etmir, lakin Rusiyanın təcavüzündən müdafiə oluna bilmək üçün NATO-ya qoşulmağa ehtiyacı var. 

"Biz verdik, əvəzində heç nə almadıq və yalnız genişmiqyaslı müharibə və çoxlu itkilər aldıq, ona görə də bu gün bizim yalnız bir çıxış yolumuz var, çünki bizim Putini dayandıra biləcək silahlarımız yoxdur”, - deyə Zelenski fikrini tamamlayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->