Ukraynalı ulduz futbolçu Mixail Mudrik karyerasını canlandırmaq üçün Londonun "Çelsi" klubunu tərk etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Football İnsider" məlumat
yayıb.
Mənbənin sözlərinə görə, klub ukraynalı futbolçunu qış transfer pəncərəsində buraxmağa hazırdır.
Qeyd edilir ki, Ceydon Sançonun "Mançester Yunayted”dən "Çelsi”yə gəlişindən sonra komandanın əsas oyunçusuna çevrilməsi Mudrikin London klubunda perspektivlərini daha da azaldıb.
Ukraynalı vingerin "Çelsi” ilə müqaviləsi 30 iyun 2031-ci ilə qədər nəzərdə tutulub, lakin Mudrik London klubuna uyğunlaşa bilməyib.
Mudrik bu mövsüm Premyer Liqanın ilk beş oyununda cəmi 61 dəqiqə oynayaraq məhdud oyun vaxtı əldə edib.
Daha əvvəl İngiltərə millisinin sabiq futbolçusu Qlen Conson Mudrikin "Çelsi"də gələcəyinin olmadığını bildirib.
Nizami Bağırov
Şərhlər