Xəbər lenti

Ukraynadan Nigerin diplomatik əlaqələri kəsməsinə reaksiya
Dünya 15:30 08.08.2024

Ukraynadan Nigerin diplomatik əlaqələri kəsməsinə reaksiya

Ukrayna Niger Respublikası hakimiyyətinin Ukrayna ilə diplomatik münasibətləri kəsmək barədə 6 avqust 2024-cü il tarixli qərarını diqqətə alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir

"Bu ölkə hökumətinin nümayəndəsinin bəyanatında Ukraynaya qarşı irəli sürülən ittihamlar heç bir tənqidə dözmür, əsassızdır və həqiqətə uyğun deyil”, - XİN qeyd edib.

Bəyanatda deyilir ki, Ukrayna ona qarşı "beynəlxalq terrorizmi dəstəkləmək, BMT Nizamnaməsini və beynəlxalq hüququ pozmaq” iddiası ilə irəli sürülən hər hansı ittihamı qəti şəkildə rədd edir.
"Biz ondan çıxış edirik ki, belə bir qərar daha çox Ukraynaya qarşı əsassız genişmiqyaslı təcavüzkar müharibə aparan terrorçu dövlətlə, iki ildən artıqdır ki, dövlətimizə, onun əhalisinə və mülki infrastrukturuna qarşı genişmiqyaslı terrordan istifadə edərək, Ukrayna xalqına qarşı çoxsaylı hərbi cinayətlər törədən, beynəlxalq təhlükəsizliyi və siyasi vəziyyəti qeyri-sabitləşdirən, dünyanın bütün guşələrində, o cümlədən Afrika qitəsində xaos və qarşıdurma yayan Rusiya Federasiyası ilə yaxınlaşma yolunu seçmiş şəxslərlə "həmrəylik” jestidir”, - deyə departamentdən bildirilib.

Qeyd olunur ki, Niger hakimiyyəti Malidəki insidentlə bağlı heç bir araşdırma aparmadan və belə bir addımın səbəbləri ilə bağlı heç bir sübut təqdim etmədən Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Eyni zamanda, Xarici İşlər Nazirliyi qeyd edir ki, Ukrayna bütün Afrika dövlətləri ilə bərabərlik, daxili işlərə qarışmamaq, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, tanınmış sərhədlər, beynəlxalq hüquqa, BMT Nizamnaməsinin Məqsəd və Prinsiplərinə ciddi riayət etmək əsasında beynəlxalq miqyasda qarşılıqlı faydalı münasibətləri daha da inkişaf etdirməyə səmimi sadiqdir.
Qeyd edək ki, iyulun sonunda Tuareq üsyançıları Malidə Vaqner Qrupunun muzdlularının böyük bir qrupunu məğlub edib.

Bu hadisələrdə Ukrayna Baş Kəşfiyyat İdarəsinin əli olduğu iddiası ilə bağlı mətbuatda məlumatlar yayılmağa başlayıb. Xüsusilə də Qərb mediası Ukrayna xüsusi xidmət orqanlarının guya üsyançılarla məlumat paylaşdığını yazıb.

Afrikanın Mali dövləti Kiyevi tuareq üsyançılarına dəstək verməkdə ittiham edərək, Ukrayna ilə diplomatik əlaqələri kəsib. Ukrayna Xarici İşlər Nazirliyi qərarı "dargörüşlü və tələsik" adlandırıb və ölkənin Tuareq üsyançılarının hücumunda hər hansı rol oynadığını inkar edib.

Malidən sonra Niger də Ukrayna ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Onlar Ukrayna kəşfiyyatının nümayəndəsi Andrey Yusovun Kiyevin Mali və Əlcəzair sərhədindəki ölümcül hücuma görə məsuliyyəti öz üzərinə götürən Tuareq üsyançılarını dəstəklədiyi, eyni zamanda silahlıların QUR-dan bütün lazımi məlumatları aldığı barədə iddialarına istinad ediblər.

Eyni zamanda, Ukrayna Baş Kəşfiyyat İdarəsi artıq buna cavab verib və belə bir açıqlamanın olmadığını bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->