Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) nümayəndə heyəti Nigeri tərk edir.
Qaynarinfo xəbər verir ki, "Al Arabiya" məlumat yayıb.
Bildirilir ki, üsyançılarla danışıqlar nəticəsiz qalıb.
Bir gün əvvəl üsyan təşkilatçılarının qadağasına baxmayaraq, ECOWAS nümayəndələrindən ibarət heyət Nigerə yollanıb. BMT və Afrika İttifaqının nümayəndələrinə də ölkəyə giriş qadağan edilib.
İyulun 27-nə keçən gecə Prezident Qvardiyası prezident Məhəmməd Bazum və ailəsini saxlayıb, ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
İyulun 28-də Prezident Qvardiyasının keçmiş rəisi, general Əbdürəhman Tiani çevrilişi həyata keçirən hərbçilər adından özünü Vətəni Xilasetmə Milli Komitəsinin rəhbəri elan edib.
İyulun 30-da ECOWAS fövqəladə sammitində üsyançılar konstitusiya nizamını bərpa etməsə və prezident Məhəmməd Bazumu hakimiyyətə qaytarmasa, hərbi güc tətbiqinə qədər tədbirlər görəcəyi ilə hədələyib.
Aydın
Şərhlər