Xəbər lenti

UEFA rəhbərliyində şok ayrılıq
İdman 18:02 25.01.2024

UEFA rəhbərliyində şok ayrılıq

UEFA prezidenti Aleksander Çeferinin sağ əli sayılan qurumun futbol direktoru Zvonomir Boban postunu tərk edib.

Qaynarinfo-nun məlumatına görə, Boban ayrılıqla bağlı açıqlamasında Çeferinlə yaşadığı mübahisənin təfərrüatlarından danışıb. UEFA-dan verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Zvonomir Bobanın qarşılıqlı razılıq əsasında təşkilatı tərk etdiyini bildiririk. Boban quruma 2021-ci ildə futbol rəhbəri kimi qoşulub və UEFA Futbol Şurasının və Gənclər Futbol Forumunun yaradılması da daxil olmaqla texniki inkişaf sahəsində bir çox mühüm layihələrin təşəbbüskarı olub. UEFA cənab Bobana göstərdiyi fədakar xidmətlərə görə təşəkkür edir və ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır".

Bu ayrılıqdan sonra Parisdəki UEFA Konqresinə bir aydan az qalmış Çeferinin idarəçiliyində problemlər olduğu iddiaları ortaya atılıb.

UEFA prezidenti Çeferinlə fikir ayrılığı olduğunu bildirən Boban isə bu sözləri deyib:

"Mən UEFA prezidenti ilə Hamburqda keçirilən rəhbərliyin son iclasında ortaya çıxan bir məsələ ilə bağlı danışdım və müzakirə etdim. Bu məsələ gələn ilin fevralında keçiriləcək Konqresdə UEFA-nın əsasnaməsinə dəyişiklik edilməsi ilə bağlı təklif idi. Hansı ki, prezidentin son səlahiyyətlərindən sonra yenidən namizəd ola bilməsi üçün. Prezident bu məsələ ilə bağlı narahatlığımı və razılaşmadığımı bildirdikdən sonra onun üçün heç bir hüquqi, hətta mənəvi etik problem olmadığını və bu xahişi tərəddüd etmədən yerinə yetirəcəyini dedi".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->