Xəbər lenti

Üçqat çempion Olimpiadadan kənarlaşdırıldı - 400 qrama görə
İdman 18:00 29.07.2024

Üçqat çempion Olimpiadadan kənarlaşdırıldı - 400 qrama görə

Əlcəzairli cüdoçu Messaud Reduan Dris çəki normativini keçə bilməyib və 2024-cü il Olimpiya Oyunlarından diskvalifikasiya edilib
.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (BCF) rəsmi saytında məlumat yayıb.

22 yaşlı idmançı 73 kiloqram çəki dərəcəsində mübarizə aparmalı idi. Bununla belə, rəsmi çəki ölçmə zamanı Dris çəki həddini 400 qram keçib.

"Paris Olimpiadasında rəsmi çəkiyə nəzarət zamanı cənab Dris çəkiyə nəzarət sessiyasının sonuna on dəqiqə qalmış gəlib və onun yarış çəkisinin limitindən 400 qram artıq olduğu aşkarlanıb. BCF idman təşkilatının qaydalarına əsasən, rəsmi çəki yoxlaması zamanı çəki normativini keçə bilməyən hər bir idmançı yarışdan kənarlaşdırılır. Olimpiya Oyunlarından sonra vəziyyətlə bağlı araşdırma aparılacaq və lazım gələrsə, əlavə tədbirlər görüləcək”, deyə BCF-in bəyanatında qeyd edilir.

Qeyd edək ki, yarışın ilk turunda Dris İsrail təmsilçisi Tohar Butbulla döyüşməli idi. İsrail idmançısı mübarizə aparmadan turnirin növbəti mərhələsinə yüksəlib. 

Əlavə edək ki, Messaud Reduan Dris cüdo üzrə üçqat Afrika çempionudur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->