"Qarabağ”ın sabiq futbolçusu, hazırda U-21 millisində Samir Əliyevin köməkçisi olan Emin İmaməliyevin yeni komandasının məlum olduğu haqda xəbərlər dolaşır. Mütəxəssisin yeni mövsümdən Birinci Liqada çıxış edəcək "İmişli”liyə gedəcəyi bildirilir.
Veteran futbolçu "İmişli”yə baş məşqçi təyin olunacağı deyilən Əsgər Abdullayevin köməkçisi kimi fəaliyyət göstərə bilər. Bəs Eminə "İmişli”dən təklif gəlibmi?
Bu barədə o, Qaynarinfo-ya açıqlama verib və hələ konkret təkliflər olmadığını bildirib:
"Mən də mətbuatdan oxudum, maraqlı gəldi. Vallah, heç nədən xəbərim yoxdur. Təklif gəlməyib. Hazırda U-21 millisində, Samir Əliyevlə birlikdə çalışıram. Uşaqlar da məndən "İmişli”yə gedib-getməyəcəyimi soruşdular. Onlara da dedim ki, ilk dəfədir sizdən eşidirəm. Əsgər Abdullayevin "İmişli”yə getdiyini bilirəm, amma mənə konkret təklif gəlməyib. Hazırda millidəyəm, bu barədə düşünmürəm”.
Səbuhi Həsənov
Şərhlər