Xəbər lenti

İdman 19:23 18.11.2022

"Turşu" dünya çempionatının oğurlanan kubokunu necə tapdı? (FOTOLAR)

Dünya çempionatları zamanı bir sıra maraqlı hadisələr yaşanır ki, bunlardan biri də 1966-cı ildə baş verib.

Qaynarinfo xəbər verir ki, söhbət sözügedən ildə keçirilən dünya çempionatının kubokunun oğurlanmasından və onun necə tapılmasından gedir.

Londondakı bir muzeydə saxlanılan kubok çempionatın başlamasından 4 ay əvvəl oğurlanır. 75 yaşlı təhlükəsizlik əməkdaşı ilə bir neçə oğru işbirliyi həyata keçirərək kuboku muzeydən oğurlayır. geri vermək üçün 15 min funt-sterlinq tələb edir. Polisin oğrulardan birini tutmasına rəğmən kuboku geri qaytara bilmir.

Kubokun başqa surətinin hazırlanmasından bir ay sonra Deyv Korbett adlı şəxs Londonda "Turşu" adlı iti ilə gəzərkən inanılmaz olay yaşanır. "Turşu" qonşularının bağçasında bir paketi qoxulayaraq oğurlanan əşyanı tapır. İtin sahibi dərhal baş şübhəli qisminə düşsə də, günahsız olduğu müəyyənləşir. Bundan sonra o, yeni şöhrətinin sevincini yaşamağa başlayır. "Turşu" və onun sahibinə dünya çempionatını izləmək üçün bilet verilir. Onlar həmin ildə dünya çempionu olan İngiltərə yığmasının "başıbəlalı" kuboku qaldırmasının canlı şahidi olur. Həmin it isə qəhrəman seçilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->