A Seriyasında liderliyini davam etdirən "İnter"in futbolçusu Hakan Çalhanoğlu liqa tarixinə düşüb.
Qaynarinfo-nun məlumatına görə, Çalhanoğlu "Frozinone"ni 2-0 məğlub etdikləri matçda "İnter"in ikinci qolunu vurub. Bununla da 29 yaşlı futbolçu 36 qolla İtaliya çempionatında ən çox fərqlənən türkiyəli futbolçu ünvanına yiyələnib.
A Seriyasında 12 turdan sonra "İnter" turnir cədvəlinin ilk pilləsində yer alıb.
Səbuhi Həsənov
Şərhlər