"Sahibkarlar Türkiyədən 5 manata aldığı köynəyi Azərbaycan vətəndaşına 50 manata satır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Ekspert hesab edir ki, yerli sahibkarlar vəziyytdən sui-istifadə edirlər:
"Trendyol"un qiymət siyasəti Azərbaycan sahibkarlarının iç üzünün açıq göstəricisidir. "Trendyol"da satılan məhsulların ucuz olmasının səbəbi inflyasiyanın çox olması ilə əlaqədar olaraq məzənnə fərqində Azərbaycan manatının üstün olmasıdır. Ona görə də Türkiyə qiymətinə məhsulu Azərbaycana gətirmək sərfəlidir. Azərbaycanda eyni malı 3-5 dəfə baha qiymətə satanlar monopolistlərdir. Onlar arxayındır ki, Azərbaycana bu məhsulu heç kəs gətirməyəcək. Ona görə də onlar Azərbaycanda bu məhsulu Türkiyə qiymətindən hətta bəzən 10 dəfə baha qiymətinə satır".
Akif Nəsirlinin fikrincə, Azərbaycan cəmiyyətində belə təsəvvür yaranıb ki, sahibkarlar aldığı məhsulun qiymətindən 5 dəfə çox qazanır:
"Amma mən belə hesab etmirəm. Çünki gömrük orqanlarında onların müəyyən xərcləri çıxır. Qanuni ödəmələrindən savayı qeyri-qanuni ödəmələr də edirlər. Hansı ki, bunlar qeydiyyatsız aparılır".
Bahar Rüstəmli
Şərhlər