Xəbər lenti

Türkiyə millsinin üzvü məşqçisi ilə dava edib?
İdman 18:49 28.04.2023

Türkiyə millsinin üzvü məşqçisi ilə dava edib?

İtaliya A Seriyasında çıxış edən "Atalanta"nın türkiyəli futbolçusu Merih Demiral baş məşqçi Can Pyero Qasparini ilə dalaşıb.

Qaynarinfo-nunn məlumatına görə, futbolçunun yay transfer dönəmində komandadan ayrılmaq istədiyi iddia olunur. İtaliya mətbuatının yazdığına görə Türkiyə millisinin üzvü "İnter”ə transfer oluna bilməməsində 65 yaşlı baş məşqçini günahlandırıb. 

"La Gazetta dello Sport” mart ayında "İnter”in türk müdafiəçini heyətinə qatmaq istəməsi ilə bağlı məlumat yaymışdı.

Bu mövsüm A seriyasında 25 oyunda meydana çıxan müdafiəçi bir qola imza atıb. Müqaviləsinə vaxtından əvvəl xitam verəcəyi gözlənilən futbolçunun yeni mövsümdə "İnter"lə yollarını ayıracaq Milan Skrinyarın yerinə keçəcəyi gözlənilir. 25 yaşlı futbolçunun "Atalanta" ilə 2026-cı ilə qədər müqaviləsi var.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->