Xəbər lenti

İdman 10:14 21.10.2024

"Turan Tovuz" ilkə imza atdı, "Araz-Naxçıvan" 25-ci qələbəsini qazandı

"Turan Tovuz” klubu Azərbaycan Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.

Qaynarinfo Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, X turun "Sumqayıt”la matçına təsadüf edib.

Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə oynadığı 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.

"Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/2023 mövsümündə "Neftçi”ni, ötən çempionatda "Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

"Araz-Naxçıvan” isə Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.

Naxçıvan klubunun ilk qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba "Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->