Xəbər lenti

Turan regionda etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir
Siyasət 16:13 16.12.2022

Turan regionda etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir

Türk dövlətlərinin siyasi, hərbi və iqtisadi birliyi çağdaş zamanın tələbi, tarixin diktəsidir. Türk dövlətlərinin sıx-sıx bir araya gəlməsi "Turan ailəsi" modelinin gerçəyə çevrilməsinin göstəricisidir. Bu model artıq regionda yeni etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyini ortaya çıxarıb.
 
Nəhayət, Turan bir qrup fanatik türkçünün ortaya atdığı romantik ideya deyil. Əksinə, kapitalizmin labüd etdiyi birləşib güc olmaq və ya indiki məşhur ifadə ilə desək, "Biz birlikdə güclüyük" praktik ideyasından doğan vacib nəticədir.

Lakin bu gün başqa bir təbliğatla da qarşı-qarşıyayıq. "Korrupsiyaya bulaşmış və avtoritar rejimlərə sahib türk dövlət başçıları Turanı qura bilməzlər, hətta talan edərlər", - deyə etiraz edənlər var.
 
Bu məntiqi gündəmə daşıyanlara bir neçə vacib xatırlatma.
 
Birincisi, sizin məntiqinizlə hər hansı Türk dövlətinin korrupsiya və rüşvətə bulaşmış başçısı Turan olmadan da dövlətini talan etmirmi?
İkincisi, Turanın qurulmasını labüd edən zamandır. Yəni, bu dövlətlərdə dövlət başçısının dəyişməsi Turana gedən yolları qapatmayacaq.
 
Bu səbəbdən də həmin dövlətlərin vətəndaşları öz ölkələrində demokratik sistem qurmaq niyyətindədirlərsə, bunun Turana nə dəxli?
Bir daha deyirəm, Turan regionda etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir. Ora daxil olan dövlətlərin demokratikləşmə prosesi həmin ölkələrin daxili işidir.
 
Məsələləri qarışdırmayın.
 
Bir məsələyə isə xüsusi diqqət edək: Bu gün Turanın yaranmasında iştirak edən siyasi liderlərin heç biri milliyyətçi cinahın nümayəndəsi deyil.
 
Yəni, xanımlar və cənablar!
 
Turan artıq bir ideologiya deyil, bunu qəbul edin.
 
Necə ki, milliyyətçi cinahda olmayanlar bu gün TURANı qururlar.
 
Bu baxımdan bir daha təkrar edirəm: Türk dövlət başçılarının bütün görüşləri, sıx-sıx bir araya gəlməsi təqdir olunmalıdır.
 
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyası Başqanı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->