"Tottenhem" futbolçusu Pape Matar Sarrla altıillik müqavilə bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, klubla futbolçu arasında yeni anlaşma 2030-cu ilə qədər nəzərdə tutulub. 2021/22 mövsümündə "Metz"dən "Tottenhem"ə transfer olunan gənc futbolçu həmin mövsümü icarə əsasında keçmiş klubunda keçirib.
2021/22 mövsümünü başa vurduqdan sonra "Tottenhem"ə qayıdan Matar Sarr bu il meydana çıxdığı 19 matçda iki qola, iki məhsuldar ötürməyə imza atıb. Fil Dişi Sahilinin ev sahibliyi edəcəyi Afrika Millətlər Kubokunda oynayacaq Seneqalın heyətində Sarr da yer alıb. Turnir yanvarın 13-də başlayacaq və fevralın 11-də keçiriləcək final oyunundan sonra yekunlaşacaq.
C qrupunda yer alan Seneqal növbəti mərhələyə yüksəlmək üçün Kamerun, Qambiya və Qvineya ilə mübarizə aparacaq.
Səbuhi Həsənov
Şərhlər