Xəbər lenti

Ölkə 09:23 21.06.2023

"Torpağım üçün burnumun ucu göynəyir” (VİDEO)

30 ilə yaxın qaçqınlıq statusu ilə yaşayan Azərbaycan vətəndaşları bu gün doğma yurdlarına qayıdırlar. Zamanında Ermənistandan qovulan azərbaycanlılar da öz dədə-baba torpaqlarına dönəcəyi günü səbrsizliklə gözləyirlər.

İctimai Televiziya həmin günün həsrətilə yaşayan Qərbi Azərbaycandan olan Elbrus Novruzovla söhbətləşib. 

O, dərin kədər və böyük ümidlə Dərələyəz mahalında keçən uşaqlığı, gəncliyi barədə danışıb:

"Bu yaxınlarda düşünürdüm. Bizdə bir misal var, burnunun ucu göynəmək. Uşaqlıq vaxtlarımda mal-qaranı otararkən daş üzərində yazı yazdığım anlar yadıma düşdü...".

Qeyd edək ki, hazırda Qərbi Azərbaycan ərazisindən deportasiya olunan azərbaycanlılarla bağlı siyahıya alınma prosesi davam edir. Bu prosesə 1988-1991-ci illərin deportasiyasından başlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->