Azərbaycan mediasında yayılan xəbərlərə görə "Qarabağ"ın futbolçusu Toral Bayramov bu mövsüm "köhlən atlar"ı Türkiyənin "Alanyaspor" klubuna dəyişə bilər.
Bu barədə Oxu.Az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat katibi Anar Haciyev bildirib ki, "Alanyaspor"dan belə bir təklif gəlməyib.
"Yayılan xəbərlər həqiqəti əks etdirmir. Toral Bayramovun "Qarabağ" klubu ilə müqavilə müddəti 2026-cı ilədəkdir və futbolçumuz bu müddət ərzində klubun şərəfini qorumağa davam edəcək", - deyə A.Hacıyev bildirib.
Şərhlər